Modern.az

Məmmədyarov bələdiyyə başçılarının Qarabağa səfərini pislədi

Məmmədyarov bələdiyyə başçılarının Qarabağa səfərini pislədi

Aktual

25 Oktyabr 2018, 13:54

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın şəhər meri və bələdiyyə üzvlərinin Dağlıq Qarabağa qanunsuz səfər etmələrinə münasibət bildirib.

 

Modern.az xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında Fransa Xarici İşlər Nazirliyi qondarma "Dağlıq Qarabağ Respublikası"nı dövlət kimi tanımadıqlarına dair bəyanat verib.

 

O bildirib ki, VI Bakı Humanitar Forumu zamanı Fransanın Azərbaycandakı səfiri Orelia Buşez ilə görüşüb: "Ona da sual verdim ki, əgər kimsə mövcud tapşırıqlardan imtina edirsə, Fransa hökuməti bununla bağlı tədbir görsün. Səfir dedi ki, bu məsələ barədə ölkəsinin XİN-ə məlumat göndərəcək və lazımi cavabı Azərbaycan tərəfinə çatdıracaqlar". 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı