Modern.az

Güləşçimiz dünya çempionatında ermənini məğlub etdi

Güləşçimiz dünya çempionatında ermənini məğlub etdi

Aktual

25 Oktyabr 2018, 16:43

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı davam edir.

 

Modern.az xəbər verir ki, yarışın altıncı günündə dörd çəkidə yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib.

 

Avropa çempionu Eldəniz Əzizli (55 kq) ilk mərhələdə macar rəqibini cəmi bir dəqiqəyə məğlub edib. 1/8 finalda o, çinli idmançı ilə qarşılaşacaq.

 

Taleh Məmmədov (63 kq) təsnifat mərhələsində çətinliklə də olsa, norveçli həmkarını üstələyib. Taleh 1/8 finalda erməni həmkarı Slavik Qaltsyandan güclü olub – 3:1. Xatırladaq ki, Məmmədov bu ilin fevralında bu rəqibini Ukraynada 7:0 məğlub etməyi bacarmışdı.

 

Dünya çempionu Rəsul Çunayev (72 kq) mübarizəyə 1/8 finaldan qoşulub və yapon rəqibinə qalib gəlib. O, 1/4 finalda da qalib gələrək yarımfinala vəsiqə qazanıb.

 

Rafiq Hüseynov (82 kq) da yarışa 1/8 finaldan başlayıb və bolqar güləşçi ilə gərgin keçən görüşdə əzmkar qələbəyə sevinib. Hesabda 0:3 geridə olsa da, yekun nəticə Hüseynovun xeyrinə olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı