Modern.az

İlham Əliyev Avstriyanın dövlət başçısını təbrik edib

İlham Əliyev Avstriyanın dövlət başçısını təbrik edib

Aktual

25 Oktyabr 2018, 18:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Zati-aliləri cənab Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb. 

Modern.az-ın məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Federal Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram"

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı