Çin yeni okeanoqrafiya peyki olan “HaiYang-2B”ni orbitə çıxarıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, peyki orbitə aparan “Long March-4B” daşıyıcı raketi Tayyuan kosmodromundan yerli vaxtla səhər 6:57-də (Bakı vaxtı ilə 2:57) səmaya buraxılıb. Okean mühitində dəyişiklikləri müşahidə edəcək peyk orbitdəki “HaiYang-2C” və “HaiYang-2D” peykləri ilə şəbəkə halında çalışacaq.
Bu, “Long March” silsiləsindən olan 288-ci raket buraxılışı olub. “HaiYang-2B” peykini və “Long March” raketini Çin Aerokosmik Elmi-Texniki Korporasiyasının mütəxəssisləri hazırlayıblar.