Modern.az

Qaşıqçının qətli ilə bağlı 38 nəfər dindirildi

Qaşıqçının qətli ilə bağlı 38 nəfər dindirildi

Aktual

25 Oktyabr 2018, 21:37

Jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun binasında çalışan 38 nəfərin şahid qismində ifadəsi alınıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, dindirilən şəxslər mühasibat və texniki sahələrin əməkdaşlarıdır. Beş nəfərin isə bu vaxtadək ifadə verməyə gəlmədiyi bildirilir.

 

Ən son məlumata görə, oktyabrın 25-də günorta saatları baş konsulluğun binasına iki nəfər mülki geyimli şəxs daxil olub. Diplomatik nümayəndəliyin qarşısındakı KİV nümayəndələri həmin adamların şəxsiyyəti barədə aidiyyəti qaydada sorğu ünvanlayıblar.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı