Modern.az

Culfaya aylıq normadan artıq yağıntı düşüb - Faktiki hava

Culfaya aylıq normadan artıq yağıntı düşüb - Faktiki hava

Aktual

26 Oktyabr 2018, 13:15

Oktyabrın 26-sı saat 13:00-a olan faktiki hava açıqlandı.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, oktyabrın 26-ı saat 13:00-da ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi nəticəsində Culfa rayonunda və Ordubadın Nülgüt kəndində güclü yağış müşahidə olunub. Düşən yağıntının miqdarı Culfada 30 (aylıq normanın 157 faizi), Ordubadın Nülgüt kəndində isə 28 mm (aylıq normaya yaxın) təşkil edib.

 

Eyni zamanda qərb küləyinin güclənməsi nəticəsində Gəncədə küləyin ani maksimal sürəti 24 m/san, Şəmkirdə 21 m/san olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı