Modern.az

Xiaomi "Black Shark Helo" telefonunu tanıtdı - Fotolar

Xiaomi "Black Shark Helo" telefonunu tanıtdı - Fotolar

Aktual

26 Oktyabr 2018, 20:13

Oyun həvəskarları üçün bir müddət əvvəl ağıllı smartfonu olan “Black Shark”i tanıtan Xiaomi, bu seriyanın yeni üzvünü istifadəçilərə təqdim etdi. Modern.az xəbər verir ki, “Black Shark Helo” adlanan telefon rəsmən dünən təqdim edilib. Əvvəlki modeldə olduğu kimi, “Black Shark Helo” da inkişaf etmiş texniki xüsusiyyətləri ilə diqqət çəkir.

“Black Shark” və “Black Shark Helo” arasında ən böyük fərq ekranlarının fərqidir. LCD ekran yeni “Black Shark”da AMOLED ekran ilə əvəz edilib.

“Snapdragon 845“ çipsetindən istifadə edən “Black Shark Helo” əvvəlki nəsildə olduğu kimi 6 GB və 8 GB RAM və 128 GB daxili yaddaşa malik olan versiyaları ilə yanaşı, 10 GB RAM + 256 GB daxili yaddaşa malik bir versiyası da mövcuddur.

Telefon 12+20 meqapikselli ikili arxa kamera və 20 meqapikselli selfie kameraya, 4000 mAh batareya isə  bir “Quick Charge 3.0” sürətli enerji doldurma cihazına malikdir.

 Xiaomi Android 8.1 Oreo əməliyyat sistemi ilə yeni oyun telefonunu tezliklə satışa təqdim edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı