Modern.az

Dövlət Agentliyinə məxsus maşın toqquşaraq yandı

Dövlət Agentliyinə məxsus maşın toqquşaraq yandı

Aktual

26 Oktyabr 2018, 20:26

Zaqatala rayonunda yol qəzası nəticəsində xəsarət alan sürücülərin şəxsiyyəti müəyyənləşib. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib. Hacıqabul rayon sakini, 1987-ci il təvəllüdlü Mənsur Əlizadə oğlu Ağayevin idarə etdiyi Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus "Mitsubishi" markalı avtomobil Zaqatala rayonunun Göyəm kənd sakini Zaur Cəbrayıl oğlu Borayevin idarə etdiyi "VAZ-2106” markalı avtomobillə toqquşub. Hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Onların hazırda həkim nəzarəti altında olduğu bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı