Modern.az

“Mercedes” işıq dirəyinə çırpıldı

“Mercedes” işıq dirəyinə çırpıldı

Aktual

27 Oktyabr 2018, 22:54

Bakıda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, paytaxtın Ziya Bünyadov prospekti ilə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

 

Nəticədə sürücü ağır yaralanaraq "təcili yardım" vasitəsi ilə paytaxt xəstəxanalarından birinə çatdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır