Modern.az

Əfqanıstandakı terrorda ölü sayı 7-yə çatdı

Əfqanıstandakı terrorda ölü sayı 7-yə çatdı

Aktual

27 Oktyabr 2018, 23:51

Əfqanıstanın Vardak əyalətində törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, əyalətin mərkəzində bomba yüklü avtomobilin partladılması nəticəsində 7 nəfər həlak olub. Hadisə nəticəsində daha 37 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Məlumata görə, hücumun hədəfinin polis idarəsi olduğu bildirilir. Partlayışın məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı