Modern.az

3 ölkənin XİN rəhbərləri İstanbulda görüşəcək

3 ölkənin XİN rəhbərləri İstanbulda görüşəcək

Aktual

28 Oktyabr 2018, 11:30

Oktyabrın 29-u Türkiyənin İstanbul şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zalkaliani arasında 7-сi üçtərəfli görüş keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

 

Məlumatda bildirilir: "Görüş zamanı üçtərəfli əməkdaşlıq üzrə tərəqqinin, son regional və qlobal hadisələrin müzakirəsi gözlənilir".

 

Xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri arasında 6-cı üçtərəfli görüş 2017-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilib.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...