Modern.az

Aeroport yolunda sürət aşağı salındı

Aeroport yolunda sürət aşağı salındı

مورد توجه

28 Oktyabr 2018, 12:37

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. 

 

Qeyd edilir ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

 

"Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, metereoloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik", - deyə BNA-nın sürücülərə müraciətində bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı