Modern.az

Azərbaycanda sürücülük məktəbi yandı - xəsarət alanlar var

Azərbaycanda sürücülük məktəbi yandı - xəsarət alanlar var

Aktual

28 Oktyabr 2018, 14:35

Mingəçevirdə xəsarətlə nəticələnən yanğın hadisəsi olub.

 

Modern.az Report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Samux küçəsində yerləşən Sürücülük məktəbinin binasında baş verib.

 

Hadisəyə binanın məcburi köçkünlərin məskunlaşdığı hissəsində elektrik sayğaclarında yaranmış qısaqapanma səbəb olub. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub.

 

İlkin məlumata görə, hadisə zamanı 3 nəfər tüstüdən boğulub. Hazırda ərazidə zərərçəkənlərə tibbi yardım göstərilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!