Modern.az

Canavarlar kəndə hücum çəkdi 

Canavarlar kəndə hücum çəkdi 

Aktual

28 Oktyabr 2018, 16:05

Ağdaşda fərdi təsərrüfata hücum edən canavarlar mal-qaranı tələf edib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Aşağı Nemətabad kəndində baş verib.

 

Canavarlar kənd sakini Əbülfət Əhmədovun həyətindəki tövləyə girərək 10 baş xırdabuynuzlu heyvanı parçalayıb. Yalnız ev sahibinin hay-küyü ilə yırtıcıları ərazidən uzaqlaşdırmaq mümkün olub.

 

Qeyd edək ki, bu, canavarların kəndə heç də ilk hücumu deyil.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı