Modern.az

Oğul anasını küçənin ortasında bıçaqlayıb -  BƏRDƏDƏ - FOTOLAR

Oğul anasını küçənin ortasında bıçaqlayıb -  BƏRDƏDƏ - FOTOLAR

Aktual

16 Dekabr 2018, 11:55

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, Elvin adlı yerli sakin Qarabağ qəsəbəsindəki küçələrdən birində anası Aybənizə boyun və qarın nahiyələrindən bir neçə bıçaq zərbəsi endirib.

Ağır xəsarət alan qadın xəstəxanaya çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır