Modern.az

İndoneziyada 5,9 bal gücündə zəlzələ

İndoneziyada 5,9 bal gücündə zəlzələ

Aktual

16 Dekabr 2018, 16:07

İndoneziyada 5,9 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, zəlzələ İndoneziyanın Papua əyalətində yerli vaxtla saat 09:42-də baş verib.

 

Zəlzələnin episentri Abepur şəhərindən 162 km cənubda, ocağı isə 80 km dərinlikdə yerləşib.

 

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı