Modern.az

Sumqayıtda avtomobillə adam vurub qaçan şəxs saxlanıldı

Sumqayıtda avtomobillə adam vurub qaçan şəxs saxlanıldı

Aktual

19 Dekabr 2018, 14:23

Sumqayıt şəhərində piyadanın xəsarəti ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Bu haqda DİN mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Dekabrın 17-də saat 20 radələrində Sumqayıt şəhərinin Metallurq küçəsində yolu keçən şəhər sakini Rüstəm Babaşovun müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və yol qəzasının “Hyundai” markalı avtomobillə törədildiyi müəyyən edilib.

 
Əməliyyat-axtarış tədbirləri ilə hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Vasif Quliyev polis əməkdaşları tərəfindən saxlanılılıb.

 

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı