Modern.az

Əfqanıstanda qətliamlar davam edir

Əfqanıstanda qətliamlar davam edir

Aktual

10 Fevral 2019, 12:40

“Taliban” terror təşkilatı Əfqanıstanda növbəti qanlı hücumunu həyata keçirib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, terrorçular ölkənin şimalındakı Sari-Pul vilayətinin Səyyad qəsəbəsində iki polis nəzarət məntəqəsinə hücum ediblər.

Atışma nəticəsində 8 mühafizə polisi öldürülüb, 4-ü isə yaralanıb.

Məntəqələr qısa müddətlik terrorçuların əlinə keçsə də, əlavə qüvvələrin hadisə yerinə cəlb olunmasından sonra geri alınıb.

Terrorçuların itkiləri barədə məlumat yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı