Sankt-Peterburqun Nevski rayon məhkəməsi millətçi qruplaşmanın lideri Dmitri Bobrovun azad edilməsi ilə bağlı qərar çıxarıb.
Bu haqda “İnterfaks” məlumat yayıb.
Onun azadlığa çıxmasına zəmin Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinin qismən dekriminilizasiyası olub.
2000-ci illərin əvvəllərində fəaliyyətdə olan “Şults-88” ekstrimist qruplaşmasına başçılıq etmiş D.Bobrov 2017-ci ildə sosial şəbəkələrdə etnik-milli zəmində ədavət salma cəhdlərinə, o cümlədən sosial şəbəkələrdə paylaşdığı yazılara görə iki il azadlıqdan məhrum edilmiş və ciddi rejimli cəzaçəkmə müəssisəsinə yerləşdirilmişdi.
Bobrov hökm oxunan gün məhkəmə iclasına gəlmədiyindən axtarışa verilmişdi. 2019-cu ildə isə hüquq mühafizə orqanları əməkdaşları onu saxlayaraq, həbsxanaya göndərib.
2017-ci ildə məhkəmə prosesi zamanı oxunmuş ittihamnamədə, millətçinin bioqrafiyasından səs-küylü epizodlar yer alıb. Onun Nevski rayonu ərazisində yerləşən kafeyə hücum edəcək, azərbaycanlını döyməsi, “Dostoyevski” metrostansiyasında iki çinli tələbəyə hücumu, “Aleksandrovskaya” dəmiryolu stansiyasında ermənilərə hücumu qeyd olunub.