Modern.az

Azərbaycanda politoloqun evi qarət edildi

Azərbaycanda politoloqun evi qarət edildi

Aktual

30 Mart 2019, 20:44

Politoloq Nəzakət Məmmədovanın yaşadığı mənzildən oğurluq olub.

Modern.az xəbər verir ki, bu barədə “Report”a N.Məmmədova özü məlumat verib.

 

O bildirib ki, hadisə martın 29-da qeydə alınıb. Belə ki, naməlum şəxs (və ya şəxslər) tərəfindən N.Məmmədovanın Səbail rayonu, Bayıl qəsəbəsindəki evindən iki ədəd noutbuk, mobil telefon və televizor oğurlanıb.

 

O, bununla bağlı Səbail Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib. Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!