Modern.az

Bakıda 16 mərtəbəli binadakı yanğın söndürülüb

Bakıda 16 mərtəbəli binadakı yanğın söndürülüb

Aktual

16 Aprel 2019, 23:42

Bakının Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında baş vermiş yanğın söndürülüb. Sakinlər binaya buraxılsa da, bu gecəni qaranlıqda keçirməli olacaqlar.

 

Modern.az ONA-ya istinadən xəbər verir ki, sakinlər və yanğınsöndürənlər arasında zəhərlənmə ehtimalı ilə əlaqədar hadisə yerinə əlavə 3 təcili tibbi yardım briqadası cəlb edilib.

 

Ancaq bununla belə, zəhərlənənlər və ya xəsarət alanlar barədə bir məlumat daxil olmayıb.

Sakinlərin bildirdiyinə görə, binada qaz xətti olmadığından əsasən elektrik enerjisindən istifadə edilirmiş ki, bu da xətlərdə yüklənməyə səbəb olub. Nəticədə elektrik xətləri yanmağa başlayıb.

 

Qeyd edək ki, yanğının baş verdiyi yaşayış binasında Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçiləri məskunlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı