Modern.az

Prezidentin səlahiyyət müddəti artırıldı

Prezidentin səlahiyyət müddəti artırıldı

Aktual

24 Aprel 2019, 00:14

Misirdə keçirilən ümumxalq referendumunda seçicilər səs çoxluğu ilə ölkə konstitusiyasına düzəlişlərin edilməsini dəstəkləyiblər. Dəyişikliklərdən biri hazırkı dövlət başçısı Əbdül Fəttah Əs-Sisinin prezidentlik müddətinin uzadılmasını nəzərdə tutur.

Modern.az “RİA ”Novosti”yə istinadən xəbər verir ki, bunu Seçki Komissiyasının sədri Lyaşin İbrahim deyib.

Lyaşin İbrahimin sözlərinə görə, düzəlişlərə seçicilərin 88,33% səs verib: “Seçkilərdə iştirak 44,33% təşkil edib”.

Qeyd edək ki, bazar ertəsi Misirdə ölkə konstitusiyasına hazırkı dövlət başçısı Əs-Sisiyə 2030-cu ilədək öz postunda qalmaq və səlahiyyətlərini genişləndirmək imkanı verən düzəlişlərin edilməsi üzrə səsvermə başa çatıb. Düzəlişlər ümumxalq referendumunun nəticələri elan olunduqdan dərhal sonra qüvvəyə minir.

Beləliklə, indi Misirdə prezidentlik müddəti 4 ildən 6 ilə qədər artırılmış olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı