Modern.az

“Böyük İpək Yolu”nun sədri “Bir yol,Bir kəmər” forumunda

“Böyük İpək Yolu”nun sədri “Bir yol,Bir kəmər” forumunda

Aktual

26 Aprel 2019, 12:20

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri vəzifəsinin icraçısı Aytən Əliyeva Ümumçin Gənclər Federasiyasının dəvət ilə aprelin 25-27-də Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən “Bir yol,Bir kəmər” beynəlxalq əməkdaşlıq forumunda iştirak edir.

 

Forum çərçivəsində O, Ümumçin Gənclər Federasiyasının baş katibi xanım Xia Dong və baş katibin müavini cənab Wu Wei ilə görüb, birgə əməkdaşlıq imkanları müzakirə olunub. Görüşdə gənc sahibkar və start-upçıların dəstəklənməsi üzrə birgə proqramın icrasına qərar verib. İttifaqın sədri eyni zamanda, “Bir Yol, Bir kəmər -Xalqların əməkdaşlığı” adlı sessiyada iştirak edib.

 

Forum çərçivəsində China Daily saytına müsahibə verən A.Əliyeva ittifaq haqqında geniş məlumat vermiş, “Bir Yol,Bir kəmər” layihəsinin gənclər və təmsil etdiyi gənclər ittifaqı üçün önəmini vurğulamış, iki ölkənin gənclər təşkilatları əməkdaşlığı və fəaliyyəti haqqında fikir mübadiləsi aparılıb.

 

China Daily’nin məlumatına görə xanım Əliyeva forumun ən gənc iştirakçısıdır. Qeyd edək ki, Aytən Əliyeva eyni zamanda 28-29 aprel tarixlərində Qingdao şəhərində keçiriləcək Gənc Sahibkarların Beynəlxalq Forumunda da iştirak edəcək. “Bir yol,Bir kəmər” layihəsi 2008-ci ildə Çin prezidenti Xi Jinping tərəfindən irəli sürüb. İkinci dəfə keçirilən forumda 37 dövlət və hökümət başçısı, 100-dən artıq beynəlxalq təşkilatların nümayəndəsi iştirak edir.

 

Forum öz işini 12 tematik sessiya üzrə davam etdirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı