Deputat Çingiz Qənizadə növbəti görüşünü 80 saylı İmişli-Beyləqan seçki dairəsində yerləşən Beyləqan rayonunun Qaradağlılar kəndində keçirib.
Modern.az xəbər verir ki, millət vəkili hər il 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə olan bütün kəndlərində seçiciləri ilə bu cür görüşlər keçirir. Hazırda 2019-cu ilin görüşləri bu istiqamətdə davam etdirilir.
O, adıçəkilən rayonun Qaradağlı kəndində keçirdiyi görüşü zamanı seçiciləri qarşısında çıxış edərək ölkəmizin daxili və xarici siyasəti haqqında cənab prezident İlham Əliyevin son vaxtlar həyata keçirtdiyi islahatlar, xüsusilə vətəndaşlarımızın sosial təminatının yaxşılaşdırılması sahəsindəki imzalandığı Fərman və sərəncamlar barəsində geniş məlumat verib.
Bundan sonra deputat seçicilərlə təkbətək görüşərək onları narahat edən problemləri dinləyib.
Rayonda həll olunmalı bəzi məsələləri yerindəcə rayonun müvafiq strukturları ilə əlaqə saxlayaraq həll edib. Digər müraciətlərə isə baxılacağına söz verib.