Modern.az

Masazırda komendant 3 nəfəri güllələyib

Masazırda komendant 3 nəfəri güllələyib

Aktual

28 Aprel 2019, 10:30

Masazırda 3 nəfər "Vinçester" markalı odlu silahdan açılan atəş nəticəsində çoxsaylı qırma yarası alıb.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə qəsəbədəki "Yeni Bakı" yaşayış kompleksi ərazisində baş verib.

Hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın nahiyələrindən və 1980-ci il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıblar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanların sözlərinə görə, onlara "Vinçester" markalı silahdan atəş açan "Yeni Bakı" yaşayış kompleksinin komendantı Ehtiram adlı şəxsdir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!