Modern.az

171 saylı avtobus qəzasında xəsarət alanlardan 3-ü evə buraxılıb

171 saylı avtobus qəzasında xəsarət alanlardan 3-ü evə buraxılıb

Aktual

28 Aprel 2019, 14:00

Xəzər rayonu ərazisində, Mərdəkan-Bakı yolunda 171 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində xəsarət alanlardan daha 3 nəfər evə buraxılıb.

 

Bu barədə Trend.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

Onun sözlərinə görə, hazırda hadisə nəticəsində xəsarət alanlardan 7 nəfərin müalicəsi 3 saylı şəhər Klinik Xəstəxanasında davam etdirilir.

 

Xatırladaq ki, aprelin 27-də axşam saatlarında Mərdəkandan Bakı istiqamətində hərəkət edən yük maşını 171 saylı marşrut avtobusu ilə toqquşub.

Hadisə nəticəsində avtobusda olan 29 nəfər xəsarət alıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı