Modern.az

Lənkəranda balıq tutan şəxs oğlunun gözü qarşısında boğuldu

Lənkəranda balıq tutan şəxs oğlunun gözü qarşısında boğuldu

Aktual

28 Aprel 2019, 21:18

Lənkəran rayonunun Boladi kəndində çayda boğulma hadisəsi baş verib. 

Modern.az "Report"a istinadən xəbər verir ki,  1958-ci il təvəllüdlü Miriyev Abdulla Qurban oğlu çayda balıq tutarkən ehtiyatsızlıqdan suya yıxılıb.

Kişinin hadisədən xəbər tutan oğlu onu xilas etmək istəsə də, bu, mümkün olmayıb. Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı