2011-ci il artıq başa çatıb. Modern.az saytı tanınmış iqtisadçılardan ötən ilin Azərbaycan iqtisadiyyatı üçün nə ilə yadda qaldığını soruşub.
Millət vəkili, iqtisadcı Əli Məsimli deyir ki, 2011-ci ildə dünya iqtisadiyyatında gedən böhran müəyyən dərəcədə də Azərbaycan iqtisadiyyatına da təsir göstərib. Dünyada neft, qaz və digər xammallara tələbatın azalması Azərbaycanın da neft hasilatının azalmağına gətirib çıxarıb. Bu da öz növbəsində ölkə iqtisadiyyatına təsirsiz ötüşməyib.
Əli Məsimlinin sözlərinə görə, qeyri-neft sektorunun sürətli inkişafı konteksində və neft sahəsində istehsalın aşağı düşməsi nəticəsində paradoks yaranıb. Yəni iqtisadiyyatın bir sahəsində sürətli artım, ancaq əsas sahə olan neft sektorunda istehsahsalın aşağı düşməsi Azərbaycanın 0,2 faizlik göstəricisində siqnasiyalı inkişaf göstəricisi kimi görünür.
“Çünki əhalisi 1 faizdən çox artan ölkədə iqtisadi artım 5 faidən çox olmalıdır ki, ona kompensasiya verə bilsin. İqtisadi artım 5 faizdən, xüsusən də 4 faizdən aşağı olanda siqnasiyalı inkişaf xaraketizə olunur”.
Əli Məsimli bildirib ki, 2011-ci ildə sərmayələrdə artım normal olub. “Xarici sərmayələrlə bağlı ilin əvvəllərində bir qədər canlanma hiss olunurdu. Daxili səramayənin artım tempi xarici sərmayə ilə müqayisədə yüksəkdir. Qalan bloklar üzrə orta səviyyədə tərəqqi olub. Əmanətlərin artırılması istiqamətində addımlar atıldı”.
Ə.Məsinlinin sözlərinə görə, Parlament səviyyəsində də bir sıra zəruri qanunvericilik sənədlərinin qəbul edilməsi ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, təkmilləşdirilməsi üçün çox zəruri addımlar olub.
İqtisadi Tədqiqarlar Mərkəzinin sədri Qubad İbadoğlu deyir ki, 2011-ci ili Azərbaycan iqtisadiyyatı üçün məsuliyyətli və çətin dövr kimi xarakterizə etmək olar. Onun sözlərinə görə, uzun illər davamlı iqtisadi artımdan sonra milli iqtisadiyyat 1996-cı ildən bəri ilk dəfə ən aşağı səviyyədə artım nümayiş etdirib - yanvar sentyabrın yekunlarına görə 0,3 faiz.
“Bu göstərici MDB ölkələrinin ümumi daxili məhsul üzrə eyni dövrə olan orta artım göstəricisindən (4,5%) 15 dəfə aşağıdır. Müvafiq dövrdə MDB-də iqtisadi artım tempinin ən yüksək həddi Türkmənistanda (14.6%), ən aşağı göstərici isə Azərbaycanda (0.3%) qeydə alınıb”.
İqrisadçı qeyd edib ki, 2011-ci ilin yanvar-sentyabr aylarında 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə ixrac 26%, idxal isə 51% artıb və xarici ticarət balansının profisiti 12.9 mlrd.dollar olub. İxracdan əlavə dövr ərzində ölkəyə xarici valyuta daxilolmaları həm də pul baratları və xarici investisiyalar hesabına artıb. Belə ki, 2011-ci ilin 9 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə daxil olan pul baratlarının həcmi 38% artaraq 1321 mln. dollar təşkil edib. Ölkə iqtisadiyyatına qoyulmuş xarici investisiyaların həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 25.6% artıb.
Q.İbadoğlunun sözlərinə görə, ilin 11 ayında Azərbaycan dünya bazarında 35 milyon ton və ya 21,3 milyard dollarlıq xam neft, 1,4 milyard dollarlıq neft məhsulları və 524 milyon dollarlıq qaz və 37 milyon dollarlıq elektrik enerjisi satıb. Bütövlükdə yanacaq-energetika məhsullarının ixracatından 23,26 milyad dollarlıq valyuta gəliri əldə edilib.
“Azərbaycan iqtisadiyyatı nefdən asılı vəziyyətdə olduğundan xarici ticarət balansının profisiti məhz karbohidrogen ehtiyatlarının ixracdakı yüksək payı hesabına baş tutub. İdxal məhsullarının strukturuna nəzər salsaq, burada ərzaq məhsullarının böyük pay təşkil etdiyini görərik. Azərbaycanda ixrac potensiallı qeyri-neft sektorunun inkişaf etməməsi, istehsalatda beynəlxalq standartların tətbiqi prosesinin zəif getməsi və kənd təsərrüfatı istehsalının ildən-ilə pisləşməsi ölkəmizin idxaldan asılılığını gücləndirir”.
İqtisadçıya görə, 2011-ci ilin ən ağır qərarı dekabrın 1-dən metroda gediş haqlarının 33 faiz artırılması olub. Q.İbadoğlu bildirib ki, il ərzində əhalinin son istehlak xərcləri artaraq onun gəlirlərinin 67,2 faizini təşkil edib.
Sədaqət SÜLEYMANOVA