Modern.az

Şimali Makedoniya bu gün prezidentini seçir

Şimali Makedoniya bu gün prezidentini seçir

Aktual

5 May 2019, 10:13

Şimali Makedoniya Respublikasında prezident seçkilərinin ikinci turu başlayıb.

 

Modern.az xarici KİV-lərə istyinadən xəbər  verir ki, seçki məntəqələri  yerli vaxtla saat 07:00-da işə başlayıb. Ölkə ərazisində 3480 seçki məntəqəsi var.

Bu gün Şimali Makedoniyada səsvermə hüququndan 1,8 milyon insan istifadə edə bilər. Onlar ikinci tura keçmiş Stevo Pendarovski və Qordana Silyanovska-Davkova arasında seçim edəcəklər.

 

Ölkə ərazisində səsvermə yerli vaxtla saat 19:00-da başa çatacaq. Səsvermənin rəsmi nəticələri növbəti gün açıqlanacaq.

Sizə yeni x var
Keçid et
Xəzərdə İranla bağlı əmr - Bakıya qarşı hansı təhlükələr var?