"Bakı Marafonu 2019"un qalibi müəyyənləşib.
Modern.az-ın məlumatına görə, kişilərdə finişə ilk çatan uqandalı iştirakçı Ssenyange İsmayıl olub.
Bakı marafonunda iranlı Məhəmməd Cəfər Moradi ikinci, Azərbaycan təmsilçisi Elman Abışov isə üçüncü olublar.
Qadınlarda isə ukraynalı Valentina Poltavska finişi birinci keçib.
Finiş xəttinə ikinci yerdə şotlandiyalı Suzanna Matonti, azərbaycanlı Ayna Yusibova isə üçüncü çatıb.
Xatırladaq ki, bu gün Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı Marafonu-2019" keçirilib. "Küləyə qalib gəl" şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.
Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.