Modern.az

Sabirabadda “Mercedes” aşdı – Bir ölü, iki yaralı

Sabirabadda “Mercedes” aşdı – Bir ölü, iki yaralı

Aktual

5 May 2019, 12:43

Sabirabadda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Salyan-Şirvan yolunda, Xankeçən kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində rayon sakinləri - 1984-cü il təvəllüdlü Saməddin İbrahim oğlu Fərzəliyev, 1964-cü il Xatirə Aslan qızı Əhmədova və 1968-ci il təvəllüdlü Sevda Zakir qızı Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq S.Fərzəliyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Xəzərdə İranla bağlı əmr - Bakıya qarşı hansı təhlükələr var?