Modern.az

“Şeremetyevo” hava limanında 106 reys təxirə salınıb

“Şeremetyevo” hava limanında 106 reys təxirə salınıb

Aktual

6 May 2019, 00:42

Moskvanın “Şeremetyevo” hava limanında Rusiyanın Murmansk şəhərinə gedən, “Aeroflot” şirkətinə məxsus “SSJ-199” sərnişin təyyarəsinin eniş zamanı yanmasından sonra 106 reys təxirə salınıb.

 

Modern.az xəbər verir ki, hadisə nəticəsində 13 nəfər, o cümlədən 2 uşaq həlak olub.

Hadisənin səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb. Rusiya Prezidenti Vladimir Putin qəzanın hərtərəfli araşdırılması üçün tapşırıqlar verib. Kremlin mətbuat katibi Dmitri Peskov hadisə zamanı ölənlərin ailələrinə Prezidentin başsağlığını çatdırıb.

 

İlkin ehtimala görə, təyyarə şimşək vurması nəticəsində alovlanıb.

 

Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə zamanı daha 7 nəfər yaralanıb. Onlardan ikisi bədəninin 15 faiz yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Daha bir sərnişinin nəfəs yolları zədələnib.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!