Modern.az

Yevlaxda FACİƏ: ata maşını ilə öz övladını öldürüb

Yevlaxda FACİƏ: ata maşını ilə öz övladını öldürüb

Aktual

6 May 2019, 09:07

Yevlax şəhərində tükürpədici hadisə baş verib.


Modern.az ONA-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhərinin Fizuli küçəsində baş verib.

Belə ki,  ata özünəməxsus idarə etdiyi maşını ilə manevr edərkən ehtiyatsızlıqdan  avtomobilin ətrafında dolaşan 4 yaşlı oğlunu görməyib.

Nəticədə ata 2015-ci il təvəllüdlü oğlu - Kənan Ruslan oğlu İsmayılovu vuraraq ona ağır xəsarət yetirib.

Yaralı uşaq xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. K.İsmayılov xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır. 
 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı