Fransa Liqa 1-in çempionu “PSJ”nin transfer siyahısında yer alan “Yuventus”un yarımmüdafiəçisi Miralem Pyaniç Fransa mətbuatına maraqlı açıqlamalar verib.
Paris təmsilçisini tərifləyən futbolçu transferi ilə bağlı gələcəkdə nələr baş verəcəyini bilmədiyini deyib.
“PSJ” Avropadakı ən güclü 8 klubdan biridir. “Çempionlar Liqası”nın qalibi olmaq istəyirlər. Bir çox güclü oyunçunu cəzb edən çox böyük bir klubdur. 8 ildir ki, “Yuventusda” oynayıram və futbolda hər şey mümkündür. Gələcəldə nə olacağını bilmək olmur, amma mən indi bunlar haqqında fikirləşmirəm”.
Qeyd edək ki, klubuyla 2023-cü ilə qədər müqaviləsi olan 29 yaşlı futbolçu bu mövsüm 42 oyuna 4 qol vurub və 8 məhsuldar ötürmə verib.
Novruz NOVRUZLU