Mayın 6-da Yeni Azərbaycan Partiyasının nümayəndələri, partiyanın İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, rayon və şəhər təşkilatlarının fəalları ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət ediblər.
Modern.az xəbər verir ki, ziyarətçilər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.