Modern.az

Şair Salam Sarvan: “Bacım oğlu öldürülüb”

Şair Salam Sarvan: “Bacım oğlu öldürülüb”

Aktual

6 May 2019, 15:56

Abşeron rayonunda ölüm hadisəsi baş verib.

Modern.az xəbər verir ki, bu barədə ONA-ya şair Salam Sarvan bildirib.

Onun sözlərinə görə, 1997-ci il təvəllüdlü bacısı oğlu Mikayıl Mehman oğlu Qəmbərov öldürülüb.

Hadisənin təfərrüatından hələlik xəbərsiz olduğunu deyən Salam Sarvan hazırda morqun qarşısında olduğunu bildirib.

Qeyd edək ki, Mikayıl Qəmbərovun intihar etdiyi barədə mayın 4-də məlumat yayılıb. S.Sarvan isə bacısı oğlunun öldürüldüyünü iddia edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı