Modern.az

Goranboyda barama istehsalına maraq artıb - FOTO

Goranboyda barama istehsalına maraq artıb - FOTO

Aktual

6 May 2019, 19:40

Goranboy rayonunda barama istehsalına maraq artıb.

 

Modern.az xəbər verir ki, son illər ölkə rəhbərinin aqrar sahənin inkişafına göstərdiyi diqqət Goranboy rayonunun bu sektorunun inkişafına da öz müsbət təsirini  göstərməkdədir. Bu sahədə barama istehsalı xüsusən gəlirli sahə hesab edildiyindən cari ildə də barama istehsalına kümçülər arasında xüsusi maraq yaranıb.

 

06 may 2019 - cu il tarixdə Qax rayon Damazlıq İpəkçilik stansiyasından 7125 qram barama qurdu gətirilərək kümdarlara paylanması təmin edilmişdir. Rayonun 47 kəndində fəaliyyət göstərən kümdarlara barama istehsalı məqsədi ilə kümxanaların hazırlanmasında mütəxəssislər tərəfindən müvafiq izahatlar verilmişdir. Rayon ərazisində olan yem bazası cari ildə 15 ton barama məhsulunun istehsal ediləcəyini qeyd etməyə əsas verir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı