Modern.az

Hacıqabuldakı avtomobil zavodu gələn ilin yayınada hazır olacaq

Hacıqabuldakı avtomobil zavodu gələn ilin yayınada hazır olacaq

Актуально

6 May 2019, 21:28

Hacıqabul Sənaye Məhəlləsində kiçiktonnajlı yük maşınları və mikroavtobus istehsalı üzrə zavodun tikintisi gələn ilin yayınadək başa çatacaq.

Modern.az xəbər verir ki, bunu “Trend”ə “Azərmaş” ASC-nin İdarə heyətinin sədri Emin Axundov deyib.

 

O bildirib ki, müəssisə 2020-ci ilin iyununda istifadəyə verilə bilər.

 

E.Axundov əlavə edib ki, “Azərmaş”ın zavodun tikintisində payı 100 faiz olub.

 

Xatırladaq ki, “Azərmaş” zavodunun rəsmi açılışı 2018-ci il martın 29-da baş tutub. Zavodun təsisçiləri İranın “IranKhodro” və Azərbaycanın “AzEuroCar” şirkətləridir.

 

2018-ci il ərzində zavodda mindən çox “Khazar” avtomobili istehsal olunub. Bu il daha 3 min avtomobilin istehsalı planlaşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı