Modern.az

Gürcüstanlı deputatlar Diaspor Komitəsində - FOTOLAR       

Gürcüstanlı deputatlar Diaspor Komitəsində - FOTOLAR       

Aktual

7 May 2019, 19:17

Diasporla İş üzrə Dövlət Komitəsində olan qonaqlar sədr Fuad Muradovla görüşüb. Görüşdə Gürcüstan Parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan Parlament Dostluq qrupunun sədri  Zviad Dzidziquri, Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, Aqrar məsələlər üzrə Komitə sədrinin birinci müavini, dostluq qrupunun üzvü Gela Samxarauli, Diaspor və Qafqaz məsələləri Komitəsinin və  dostluq qrupunun üzvü Mahir Dərziyev, Xarici əlaqələr Komitəsinin və dostluq qrupunun üzvü  Ramaz Nikolaişvili, Gürcüstan Parlamentinin beynəlxalq münasibətlər idarəsinin parlamentlərarası əlaqələr şöbəsinin müdiri Ann Marcanidze, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, millət vəkili Əflatun Amaşov iştirak edib.

 

Modern.az-ın məlumatına görə, qonaqları salamlayan Komitə sədri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmliyi və inkişafından danışıb. Zviad Dzidziquri səmimi qəbula görə Komitə sədrinə təşəkkür edib və Azərbaycanla Gürcüstan arasında sosial-mədəni sahədə əməkdaşlıq barədə geniş fikirlərini bölüşərək, iki olkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

 

Səmimi keçən görüşdə Azərbaycan və Gürcüstan diasporunun qarşılıqlı əməkdaşlığından, parlamentlərarası əlaqələrin möhkəmliyindən və diaspor fəaliyyəti ilə bağlı görülən işlər barədə ətraflı müzakirə aparılıb. Müzakirələrdə müxtəlif layihələrlə bağlı təkliflər səsləndirilib və bunların həyata keçirilməsində işçi qrupunun rolu diqqətə çatdırılıb.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı