Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev “G-Grooup” MMC-nin fəaliyyəti ilə tanış olub.
Rayon icra hakimiyyətindən Modern.az-a verilən məlumata görə, regionda yaxşı tanınan “G-Grooup” MMC öz fəaliyyətini uğurla davam etdirir. Goranboy rayon İcra Hakimiyyətiin başçısı Məhərrəm Quliyevə məlumat verilib ki, hazırda burada istehsal olunan məhsullar "Made in Azerbaijan” brendi ilə daxili bazarlarla yanaşı, xarici bazarlara da ixrac olunur. Zavodda hazırda 300 işçi çalışır. Zavodun istehsal sahələrini genişləndirməklə 600 iş yerinin açılması istiqamətində iş aparılır.
İcra başçısı ölkə prezidenti cənab İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğıdan söz açıb, zavodun daha da genişləndirilməsi üçün öz tövsiyələrini verib.