Modern.az

Goranboyun suvarma suyu problemi çözülür - FOTO

Goranboyun suvarma suyu problemi çözülür - FOTO

Aktual

7 May 2019, 22:03

Goranboyda bu gün suvarma suyunda olan problemlər çözülə bilər.

 

Modern.az xəbər verir ki, suvarma suyuyuna olan ehtiyacla bağlı çoxsaylı müraciətlər nəzərə alınaraq problem Goranboy rayon İcra Hakimiyyətiin başçısı Məhərrəm Quliyevin iştirakı ilə müzakirə edilib. Rayon ərazsisində əkin və həyətyanı sahələrin suvarılmasında olan problemlərin birdəfəlik həlli istiqamətində təkliflər hazırlanması üçün  rayonun ayrı-ayrı kəndlərində uzun müddət aqrar sahədə çalışmış şəxslərlə birlikdə müzakirələr aparılıb. Tədbirdə icra başçısı çıxış edərək bildirib ki, rayonda suvarma suyunun çatışmamazlığı ilə bağlı adiyyəti mərkəzi icra orqanları ilə geniş müzakirələr aparılıb, bu istiqamətdə görüləcək işlər planlaşdırılıb. Rayonun əkin sahələrinin xeyli hissəsini suvarma suyu ilə təmin edəcək Şəmkir maşın kanalının tikintisinin başa çatdırılması cənab prezident İlham Əliyevin diqqət mərkəzindədir. Kanalı su ilə təmin edəcək yeni nasos stansiyaların tikintisinə başlanılıb. 2020-ci ildə kanalın tikintisinin başa çatdırılması planlaşdırılır.

 

Daha sonra uzun müddət Goranboy rayon Subartezian quyularının İstismarı İdarəsinin rəisi işləmiş təqaüdçü Akif İbrahimov mövcud su itkisinin qarşısını almaq məqsədi ilə təsərrüfat daxili kanalların beton kanallarla əvəzləyərək fermerlərin istifadəsinə verilməsinin vacib olduğunu bildirib. Əvvəllər kolxoz sədri işləmiş Şikar Quliyev sel və daşqınlar zamanı ehtiyat suyun yığılması üçün istifadə olunan sututarların bərpa olunmasını təklif edib. Problemlərin həlli ilə bağlı digər təkliflər də səsləndirilib. Görüşü yekunlaşdıran icra başçısı  Məhərrəm Quliyev təkliflərin ümumiləşdiriləcəyini, məqbul hesab edilənlərin icrası istiqamətində işlər görüləcəyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı