Modern.az

Deputat  seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR

Deputat  seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR

Aktual

8 May 2019, 14:19

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputat seçilmiş Çingiz Qənizadə seçiciləri ilə növbəti dəfə görüşüb.

 

Modern.az xəbər verir ki, bu dəfə deputat  Beyləqan rayonunun Şərq   kəndində seçiciləri ilə bir araya gəlib.

Görüşdə çıxış edən Çingiz Qənizadə əhalinin xahişlərini nəzərə alacağını qeyd edib.

Əhalinin əsas xahişlərindən biri kənd məktəbi ilə bağlı olub. Belə ki, uzun illərdir yararsız hala düşən məktəbin yerində yenisinin inşa  olunması məsələsi deputatın diqqətinə çatdırılıb.

 

Deputat seçicilərlə görüşündə yararsız halda olan məktəbin inşası ilə bağlı aidiyyatı qurumlara müraciət edəcəyinə söz verib. Məsələni təhsil nazirliyi və baş nazirin diqqətinə mütləq çatdıracağını vurğulayıb.

Deputat bildirib ki, məktəbin yararsız vəziyyətdə olması ilə bağlı ötən il də müraciətlər olub.

 

Həmçinin, Çingiz Qənizadə seçicilərə Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət haqqında, ölkəmizdə həyata keçirilmiş islahatlar və xüsusi ilə də vətandaşlarımızın sosial təminatının yaxşılaşdırılması sahəsində ölkə başçısının imzaladığı fərman və sərəncamlar barədə geniş məlumat verib.

 

Son olaraq Çingiz Qənizadə seçiciləri təkbətək qəbul edərək  onları narahat edən problemləri bir daha dinləyib.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı