Modern.az

Ucardakı ağır qəzada ölən şəxsin kimliyi bilindi

Ucardakı ağır qəzada ölən şəxsin kimliyi bilindi

Aktual

8 May 2019, 20:18

Ucar rayonundakı yol qəzasında ölən şəxsin kimliyi məlum olub.  Modern.az "Report"a istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi sakini, 1972-ci il təvəllüdlü Fərhad Fəxrəddin oğlu Cahangirovun idarə etdiyi "Ford" markalı avtomobillə Bakı şəhər, Yeni Suraxanı qəsəbəsi sakini, 1978-ci il təvəllüdlü Eldəniz Ağalar oğlu Talıbovun idarə etdiyi "QAZ-66" markalı avtomobil toqquşub.

 

Nəticədə "Ford" markalı avtomobilin sərnişini, Sabunçu rayonu Maştağa qəsəbəsi sakini, 1989-cu il təvəllüdlü Ceyhun Mikayıl oğlu Haşımov hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...