Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.
Modern.az xəbər verir ki, yarımfinalın iki cavab oyunu ilə Bakıda oynanılacaq finalın iştirakçıları müəyyənləşəcək.
“Arsenal” İspaniyada “Valensiya”nın qonağı olacaq. Londonda keçirilən görüşdə 3:1 hesablı qələbə qazanan "topçular" üstünlüyə malikdir.
Digər matçda isə İngiltərənin daha bir təmsilçisi "Çelsi" Londonda “Ayntraxt”ı qəbul edəcək. Frankfurtdakı görüşdə qeydə alınan 1:1 hesabı "zadəganlar"a nisbətən üstünlük qazandırır.
Xatırladaq ki, Avroliqanın final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
9 may
Avropa Liqası
Yarımfinal, cavab oyunları
23:00. “Valensiya” (İspaniya) – “Arsenal” (İngiltərə)
İlk oyun – 1:3
23:00. “Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya)
İlk oyun – 1:1