Massimiliano Alleqri bu mövsümün sonu “Yuventus”u tərk edəcəyi məlum olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, klub prezidenti Andrea Anelli ilə transfer müzakirəsi zamanı bu qərar verilib.
Xəbərdə qeyd edlib ki, italiyalı mütəxəssis ayrıldıqdan sonar PSJ ilə müqavilə bağlamağı planlaşdırır. Onu "Yuventus"da Antonio Kontenin əvəzləyəcəyi gözlənili. Nəzərinizə çatdıraq ki, Alleqri elə Kontedən sonra klubun sükanı axasına keçib.
Qeyd edək ki, 51 yaşlı mütəxəssis 2014-cü ildə “Milan”dan “Yuventusa”a keçib. Onun komandası bu mövsüm vaxtından əvvəl ölkə çempionluğunu təmin edib. "Yuventus" “Çempionlar Liqası”nda isə 1/4 final mərhələsində öz meydanında "Ayaks"a uduzaraq mübarizəni dayandırıb.
Novruz NOVRUZLU