Goranboy rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, icra hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanları ilə birlikdə Böyük Vətən Müharibəsi iştirakçısı Zamanov Qədir Qurban oğlunun evinə baş çəkmişlər.
Çay süfrəsi arxasında maraqlı söhbət etmişlər. İcra başçısı söhbət zamanı qeyd etdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır.
Qələbənin 74 illiyi ərəfəsində ölkə başçısının Sərəncamı ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir.
Görüş zamanı veteranlar Şəfəq kənd sakini Zamanov Qədir Qurban oğlu və Zeyvə kənd sakini Əsədov Misri Heydər oğlu cəbhə xatirələrindən, ölkə rəhbərinin onlara qayğı və ehtiramından danışmışlar. Daha sonra tədbirdə veteranlara rayon icra hakimiyyətinin başçısı tərəfindən hədiyyə və maddi yardımlar verilib.