Modern.az

Ukraynanın Bakıdakı səfirliyində  anım tədbiri oldu - FOTOLAR

Ukraynanın Bakıdakı səfirliyində  anım tədbiri oldu - FOTOLAR

Aktual

9 May 2019, 17:12

Ukraynanın Azərbaycandakı səfirliyində  Böyük Vətən Müharibəsinin 75-ci ildönümü münasibəti ilə “Bir də heç vaxt” adlı rəsmi qəbul  keçirilib.
Modern.az-ın məlumatına görə, Ukraynanın Azərbaycandakı səfiri  Vladislav Kanevskiy  Böyük Vətən müharibəsində Ukraynanın da  qurbanlar verdiyini, qazanılan qələbədə Azərbaycan kimi, Ukraynanın da böyük payı olduğunu söyləyib. Vətən müharibəsi iştirakçılarının xatirəsinin əziz tutulduğunu, heç vaxt unudlmadığını deyib.  Cənab Kanevskiy bu gün Ukraynanın da Azərbaycan kimi eyni ağrıları, problemləri yaşadığını söyləyib. Qeyd edib ki,  Vətən torpaqlarını və azadlığını qorumaq şərəf məsələsidir.

“İki dost ölkənin vətəndaşları  bu gün də  vətənimizin müstəqilliyi və azadlığı uğrunda yorulmadan mübarizə aparırıq”.


Səfir eyni zamanda Ukrayna və Azərbaycan arasındakı iqtisadi əlaqələrdən, dost münasibətlərdən danışıb.  Qeyd edib ki, azərbaycanlılar Ukraynada, ukraynalılar isə Azərbaycanda özlərini çox rahat hiss edir, bir ailə kimi yaşayırlar.

Tədbirin rəsmi hissəsi başa çatandan sonra qonaqlar  1941-45-ci illərdəki  Böyük Vətən müharibəsində və son illər Ukrayna torpaqlarını işğaldan qoruyarkən həlak olan qəhrəmanlardan və hadisələrin tariximndən bəhs edən sərgiyə tamaşa ediblər. 

Tədbirdə  Azərbaycan Milli Məclisinin deputatları,  “Ukraynanın Azərbaycan Konqresi”nin, Sumqayıt şəhərindəki “ Franko adına Ukrayna cəmiyyəti”nin, Qarabağ Müharibəsi Veteranlar Şurasının üzvləri , mətbuat  nümayəndələri də də iştirak ediblər.

Mərasimdə Donetsk və Luqansk uğrunda gedən savaşda həlak olan qəhrəmanların şəkilləri nümayiş etdirilib.  Azərbaycanlı və ukraynalı məktəblilər sülhə, həmrəyliyə aid şeirlər səsləndiriblər.

Tədbirin sonunda səfir qonaqlarlra  xatirə şəkilləri çəkdirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı