Modern.az

Bir sıra avtobusların hərəkət istiqaməti dəyişdiriləcək - SİYAHI

Bir sıra avtobusların hərəkət istiqaməti dəyişdiriləcək - SİYAHI

Aktual

9 May 2019, 18:09

10 may Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

 

Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, bu səbəbdən də hərəkət məhdudlaşdırılan və istiqaməti dəyişdirilən küçə və prospektlərə daxil olan marşrutlar - 3, 6, 18, 29, 31, 39, 53, 77, 96, 205, 206 müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı