Modern.az

Çingiz Qənizadə seçiciləri ilə görüşlərini davam etdirir  

Çingiz Qənizadə seçiciləri ilə görüşlərini davam etdirir  

Aktual

10 May 2019, 13:00

Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan  Beyləqanın  Türklər kəndində seçiciləri ilə görüş keçirib.

 

Modern.az xəbər verir ki, deputat Türklər kəndində seçicilərlə ümumi problemlərin müzakirəsini aparıb.

 

Kənd sakinləri əkin sahələrinin suvarılması, kabelləşmənin yarımçıq qalması, su quyularına transformatorların quraşdırılması üçün böyük problemlərlə üz-üzə qaldıqlarını  dilə gətiriblər.

 

Deputat suvarma ilə bağlı yaranmış transformator problemini yoxlamaq üçün əkin sahəsinə  baş çəkib. Yaranan problemlərlə yerindəcə tanış olub.

 

Parlament üzvü, görüş zamanı ölkədəki ictimai-siyasi durum, cənab prezidentin son aylarda atdığı addımlar, Dağlıq Qarabağ məsələsi barədə fikir mübadiləsi aparıb. Kənd sakinlərinin kəndlə bağlı ümumi  problemlərini dinlədikdən sonra, sakinləri fərdi qaydada qəbul edərək şikayətlərini qeyd edib.

 

Sonda deputat hər bir şikayəti araşdıracağına, maksimum imkanı daxilində kömək edəcəyinə söz verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı