Növbəti mövsüm üçün “Ayaks”dan Frank de Yonqu transfer edən və Matyid de Ligti də almaq istəyən “Barselona”nın növbəti hədəfi fransalı uluz futbolçu Antuan Qrizmandır.
Modern.az məlumat verir ki, Fransanın“Le Parisien”in qəzetinin xəbərin görə Kataloniya klubu Qrizmanı mövsüm sonunda transfer edəcək. İdaman direktoru Erik Abidal bu transferlə məşğuldur və o, bu transferdə oyunçunun satın alma hüququnu 120 milyon avroya həll etmək istəyir. “Braselona”Qrizmanla 4 yaxud 5 illik müqavilə imzalamağı planlayır. Futbolçu Madrid klubunda vergilər xaric ilinə 23 milyon avro qazanır.
Qeyd edək ki, xəbərdə Qrizmannın “Barselona” ilə müqavilə bağlayacağı təqdirdə aldığı maaşda endirim edəcəyi bildirilib.
Novruz NOVRUZLU